Nailiyyətlərimiz

"Şahmat" turniri - I yerAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şəhid Rafiq Rahim oğlu Heydərovun əziz xatirəsinə həsr olunmuş "Şahmat" turniri keçirilmişdir. Məktəbin 8c sinif şagirdi Əhmədov Malik Seyran oğlu turnirdə qalib gələrək I yeri qazanmışdır. Məktəbin şagirdini təbrik edir, qalibiyyətlər arzu edirik.

Qızıl nişan təqdimatıTəhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb. Ümumilikdə respublika üzrə ötən tədris ilində təhsil müəssisələrini bitirən məzunlardan 125-i qızıl, 76-sı isə gümüş nişanla təltif olunub. Qızıl və gümüş nişana namizədlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib. Məktəbin məzunu Camalova Reyhan Rauf qızına məktəb rəhbərliyi tərəfindən qızıl nişan təqdim edildi, ona müvəffəqiyyətlər arzu olundu.

“Risqi birgə aşaq” – fərdi layihəTəhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri müəyyənləşib. Müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Məktəbin psixoloqu Məmmədli Ülkər olduqca vacib və əhəmiyyətli olan “Risqi birgə aşaq” mövzusu ilə fərdi layihənin qalibidi. Təbrik edirik.

HAQQIMIZDA

Bakı şəhəri 283 № - li tam orta məktəb 1988-ci ildən 2 təlim dili (Azərbaycan dili və rus dili) olma...

BİZİM FƏXRLƏRİMİZ

Reyhan Camalova Rauf

Reyhan Camalova Rauf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi