Nailiyyətlərimiz

Məktəbin məzunu Prezident təqaüdünə layiq görüldüMəktəbin məzunu Məmmədova Aytac Mehman qızı II ixtisas qrupu üzrə 682 bal yığaraq Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının iqtisadiyyat fakültəsinə qəbul edilmişdir. Prezident İlham Əliyevin 13 sentyabr 2017 – ci il tarixli sərəncamına əsasən Prezident təqaüdünə layiq görülmüşdür. Təbrik edirik!

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Tullantıdan incəsənətə” mövzusu üzrə II YERBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub. “Tullantıdan incəsənətə” mövzusu üzrə məktəblərin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın ən təmiz məktəbi” nominasiyasında 290, 149, 44, 328 nömrəli məktəblər I, 220, 283, 144, 156 nömrəli məktəblər II, 60, 47, 206, 102, 232 nömrəli məktəblər III yerə layiq görülüb. “Tullantıdan incəsənətə” mövzusu üzrə paytaxtın 8, 53, 98, 92, 110, 111, 125, 128, 136, 157, 186, 227, 230, 240, 258, 314 nömrəli məktəbləri də fəallıqları ilə seçilib. Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib. Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Tullantıdan incəsənətə” mövzusunda müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyalar keçirilib, müxtəlif araşdırmalar aparılıb. Belə ki, şagirdlər müxtəlif lazımsız plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək zövq oxşayan əsərlər yaradıblar. Bundan başqa, aylıq çərçivəsində məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, abadlıq işləri görülüb.

Ayın "Ən sağlam məktəbi" nominasiyası üzrə I yerBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub. “Sağlam həyat tərzi” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın ən sağlam məktəbi” nominasiyasında 149, 220, 246, 283 nömrəli məktəblər I, 46, 102, 156, 201 nömrəli məktəblər II, 82, 144, 191, 206 nömrəli məktəblər III yerə layiq görülüblər. “Sağlam həyat tərzi” mövzusu üzrə paytaxtın 53, 61, 78, 165, 186, 232, 253, 258, 290, 309, 312, 319 nömrəli məktəbləri də öz fəallıqları ilə seçiliblər. Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib. Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Sağlam həyat tərzi” mövzusunda elmi konfrans, müsabiqə, yarış, fləşmob, “Açıq dərs” və sərgilər keçirilib, araşdırmalar aparılıb. Həmçinin, tanınmış idmançıların şagirdlərlə görüşləri də olub.

HAQQIMIZDA

Bakı şəhəri 283 № - li tam orta məktəb 1988-ci ildən 2 təlim dili (Azərbaycan dili və rus dili) olma...

BİZİM FƏXRLƏRİMİZ

Könül Abdulrəhimova Elmar

Tural Axundov Bəhruz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi