Nailiyyətlərimiz

283 № - li tam orta məktəb qaliblər sırasındaİyunun 6-da Rus dili və Ədəbiyyatı üzrə IX Respublika Olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib. Rus dili və Ədəbiyyatı üzrə IX Respublika Olimpiadasına, “A.S.Puşkin iki yüzilliyin aynasında” layihəsinə yekun vurulması və qaliblərin mükafatlandırılması münasibətilə reallaşdırılan tədbir Bakı Slavyan Universitetində təşkil olunub. Mərasim təşkilatçıları Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasıdır. Tədbirdə çıxış edən universitetin rektoru Nurlana Əliyeva Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin tarixinə nəzər salıb. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb, xalqlarımız və ölkələrimiz arasında daim qarışılıqlı etimad olduğunu diqqətə çatdırıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bilik yarışmasının qaliblərini təbrik edib, tədbirin təşkilatçılarına və müsabiqə iştirakçılarına minnətdarlığını bildirib. İdarə müdiri bildirib ki, Azərbaycanda rus dilinin öyrənilməsinə böyük maraq var və dövlət tərəfindən rus dilinin keyfiyyətli tədrisi üçün lazımi şərait yaradılıb. Çıxışı zamanı Məhəbbət Vəliyeva ölkəmizdə istedadlı gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri nəzərə çatdırıb, eləcə də məktəblilər arasında bilik yarışlarına artan marağın yüksək səviyyədə dəstəklənməsinin bu istiqamətdəki nailiyyətlərin daha da genişlənməsinə əsaslı zəmin yaratdığını söyləyib. Sonra olimpiadanın qalibləri mükafatlandırılıblar. Həmçinin, olimpiadanın təşkilində fəallıq göstərmiş məktəb direktorlarına diplomlar təqdim olunub. Tədbirdə rus dilində şeirlər və mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib. Qeyd edək ki, olimpiadada ölkə məktəbliləri ilə yanaşı, BŞTİ-nin tabeliyində olan 158 məktəbin 7-8-ci siniflərində təhsil alan 811 şagirdi iştirak edib. Onlardan 32 nəfəri I, II, III yerlərin sahibi olub. Məktəbin rus bölməsinin VII sinif şagirdi Məmmədova Aytən olimpiada qalibi, məktəb isə A.S.Puşkinin yaradıcılığına həsr olunmuş layihə üzrə qalib oldu.

“Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyası üzrə I yerBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub. “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyasında 201, 220, 283 nömrəli məktəblər I, 5, 102, 258 nömrəli məktəblər II, 110, 149 və 186 nömrəli məktəblər III yerə layiq görülüblər. “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə paytaxtın 53, 111, 144, 218, 229, 238, 253, 270, 278 və 319 nömrəli məktəbləri də öz fəallıqları ilə seçiliblər. Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib. Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs” və sərgilər keçirilib, araşdırmalar aparılıb. Bundan başqa, məktəblilərin Mərdəkan qəsəbəsində yerləşən “Nəbatat” bağına, Bakı Heyvanat Parkına, Xəzər dənizi sahillərinə ekskursiyaları da təşkil edilib.

“Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin fevral ayı üzrə qalibiBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri arasında keçirilən “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin fevral ayı üzrə qalibləri bəlli olub. Məktəb saytlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması baxımından müsbət əhəmiyyəti nəzərə alınaraq, müsabiqənin formatındakı dəyişikliyə əsasən, Bakı şəhəri üzrə 12 qalib məktəb seçilib. Belə ki, Nəsimi rayonu üzrə 5, Səbail rayonu üzrə 7, Yasamal rayonu üzrə 18, Nərimanov rayonu üzrə 34, Suraxanı rayonu üzrə 84, Sabunçu rayonu üzrə 94, Xəzər rayonu üzrə 121, Nizami rayonu üzrə 145, Pirallahı rayonu üzrə 168, Binəqədi rayonu üzrə 283, Xətai rayonu üzrə 287, Qaradağ rayonu üzrə 319 nömrəli tam orta məktəblər “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibi olub. Qeyd edək ki, müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi olaraq izlənilir. Qalib müəyyənləşdirilərkən əsasən, səlis və müvafiq tələblərə uyğun xəbərlərlə zəngin məktəb saytlarına üstünlük verilir. Eyni zamanda, məktəb saytlarının digər bölmələrinin də müvafiq qaydalara uyğun tərtib olunması əsas meyarlardandır.

HAQQIMIZDA

Bakı şəhəri 283 № - li tam orta məktəb 1988-ci ildən 2 təlim dili (Azərbaycan dili və rus dili) olma...

BİZİM FƏXRLƏRİMİZ

Aytac Məmmədova Mehman

Əli Əliyev Fəxri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi