Nailiyyətlərimiz

Məktəbin fiziki tərbiyə müəllimi Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görüldüMəktəbin fiziki tərbiyə müəllimi İlham Təhməzov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən kikboksinq idman növü üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi fəxri adına layiq görüldü.

“Mini futbol” birinciliyində III yer23 oktyabr 2017 – ci il tarixində Binəqədi rayonu 2006 - 2007 – ci il təvəllüdlü məktəbliləri arasında “Mini futbol” birinciliyi uğrunda final mərhələsi keçirildi. Məktəbin komandası III yerə layiq görüldü. Təbrik edirik!

"Breyn-rinq" intellektual yarışmasında I YER19 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. (Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi) bəndinin icrasına uyğun olaraq Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə "18 oktyabr - Azərbaycanın Dövlət Müstəqillik günü"nə həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-rinq” intellektual oyunu keçirilmişdir. Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov məktəbliləri salamlayaraq onlara bu yarışmada ugurlar arzulamışlar. Yarışda 22 komanda iştirak etmişdir. Nəticələrə görə I yerə Binəqədi rayonu 283 № li tam orta məktəbin “Pandora” komandası, II yerə Nəsimi rayonunun “Qafqaz-Klan” komandası, III yerə isə Xətai rayonunun "Zəkalar" komandası layiq görülmüşlər. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Komandanın üzvlərini kollektiv adından TƏBRİK EDİRİK və təhsil UĞURLARI DİLƏYİRİK: 1.Abbasova Aytac Sahib qızı 2.Cəbiyeva Nizgan Yalçın qızı 3.Abdullazadə Elnur Ruslan oğlu 4.Məmmədsadıqov İbrahim Vasif oğlu 5.Qədirli Adil Naməddin oğlu YENİ QƏLƏBƏLƏRƏ DOĞRU!!!

HAQQIMIZDA

Bakı şəhəri 283 № - li tam orta məktəb 1988-ci ildən 2 təlim dili (Azərbaycan dili və rus dili) olma...

BİZİM FƏXRLƏRİMİZ

Ruslan Mürşüdov Firudin

Çingiz Mehbalıyev Mehman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi