Məktəbin şagirdi qaliblər sırasındaBakı Şəhər Gənclər və İdman İdarəsi, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 4-də yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib. Yarışda, ümummillikdə 48 nəfər idmançı iştirak edib. Turnirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verilməsi idi. Məktəbin 11ç sinif şagirdi Mürşüdlü Ziya turnirdə uğurlu oyun nümayiş etdirərək, həmyaşıdları arasında birincilik əldə etmişdir. Məktəbin şagirdini təbrik edir, uğurlar arzu edirik. Turnir bağlanış tədbiri və mükafatlandırma ilə başa çatıb, qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Beynəlxalq müsabiqə II yerAprelin 16 – da Gürcüstanda Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Yevgeni Mikeladze adına Orkestr alətləri üzrə Gənc Musiqi İfaçılarının V Beynəlxalq Müsabiqəsi keçirildi. Müsabiqədə məktəbin 8e sinfində təhsil alan, eyni zamanda L. və M. Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin şagirdi Aysu Məmmədli simli alətlər nominasiyası üzrə uğurla iştirak edərərk II yerin qalibi olmuşdur. Məktəbin şagirdini qələbə münasibətilə təbrik edir, hər zaman qaliblər sırasında olmasını arzu edirik!
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Xəzərin sahilidə” adlı ekoturizm yarışı – I yerAprelin 27 – də Bakı şəhəri “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Abşeron Milli Parkının ərazisində yerləşən Şah Dili adasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən uşaq – gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Xəzərin sahilində" adlı komandalarası ekoturizm yarışı keçirildi. Yarış 13-15 yaşlı uşaqlar arasında təşkil olundu. Yarışda Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərindən 6 nəfər istirakçı olmaqla dərnək üzvlərindən ibarət ümumilikdə 7 komanda iştirak etdi. Yarışın keçirilməsində əsas məqsəd uşaq – gənclər inkişaf mərkəzlərinin gənc dərnək üzvləri arasında ekoloji mədəniyyəti gücləndirmək, Xəzər dənizinin sahilyanı ərazisinin təmiz saxlanılmasını təbliğ etmək, iştirakçılar arasında birlik, dostluq əlaqələrini möhkəmləndirmək, onlar arasında komanda ruhunu yaratmaq idi. Bütün iştirakçılar adıçəkilən layihədə iştirak edərək doğma vətənimizin canlı fauna və florasının qorunmasında ürəklə iştirak etdilər. Xəzər dənizinin sahilyanı ərazisinin təmizliyi üçün də ürəklə çalışdılar. Bütün iştirakçılar yarışda həvəs və maraqla istirak etdilər. Yarışın tələblərini uğurla yerinə yetirən komandalar seçilərək I, II, III yerlərə layiq görülərək, Fəxri Fərman, diplom və hədiyyələrlə təltif olundular. 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin “Ekstrim” komandasının üzvü məktəbin 9c sinif şagirdi Nuray Musazadə ekoturizm yarışında I yeri tutmuşdur. Ekoloji layihədə iştirak edən və I pillədə yer alan məktəbin şagirdini təbrik edirik!