Nailiyyətlərimiz

UğurumuzV.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin 3f Sağlam Təhsil sinfinin müəllimi Dadaşova Pərvanə Nizami qızı "Sağlam Təhsil" siniflərində Sabah tələbələrinin pedaqoji təcrübə keçməsində göstərdiyi dəstəyə görə Sabah qrupları və Milli Təhsil Texnologiyaları Mərkəzi tərəfindən Təşəkkürnamə ilə təltif olunub..

Dövlət öz övladları ilə tanınarDövlət öz övladları ilə tanınar. Bu tanıtım müxtəlif sahələri əhatə edir: kimi elm, kimisi musiqi, kimi idman və başqa sahələrdə. Respublikamızda idmana və idmançılara göstərilən qayğı, yaradılan şərait danılmazdır. Çünki məhz idmançılarımızın uğurları himnimizin xoş sədalarını dünyaya yayır. Məhz onlar dövlət bayrağımızı kainat səmasında ucaldır. Məmmədov Murad da gələcəyi parlaq olan idmançılardandır. O, dəfələrlə müxtəlif yarışlardan qələbələrlə qayıtmış, öz uğurları ilə himnimizi sevindirmişdir. Bu dəfə də Bakı birinciliyinin qalibi olmuşdur. Qaydasız döyüşün müxtəlif naminasiyaları üzrə qələbə qazanmış Muradın ən böyük arzusu gələcəkdə vətənin keçiyində duran hərbiçi olmaqdır. Onun fikrincə, fiziki güclə ağıl vəhdətdə olanda qələbə qaçılmaz olur. Ona görə də o, həm dərslərini yaxşı oxuyur, həm də idmanda uğurlarını artırmağa çalışır.

Karatedə uğurumuz20 aprel 2018-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında 281 nömrəli tam orta məktəbin VIf şagirdi Əhmədov Həsən finalda erməni karateçisinə qalib gəldi. Himnimizi səsləndirərək üçrəngli bayrağımızı dalğalandırdı. Əhsən olsun  Azərbaycanımızın fəxridi belə oğullar. Qeyd edək ki, çempionumuzun müəllimi Hövsan Olimpiya  Kompleksində dərs keçən İbrahim Heydərovdur.

HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət g&ou...

BİZİM FƏXRLƏRİMİZ

Solmaz Heydərli İbrahim

Gülşən Hacıbabyeva Telman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi