Nailiyyətlərimiz

Həvəskar şahmatçılarımız7 dekabr 2018-ci il tarixində ulu öndərimiz Heydər Əliyevin “Anım günü”nə həsr olunmuş şahmat yarışı keçirilmişdir. Məktəbimizin 3”Ç” sinif şagirdi Fəqan Ömərov III siniflər arasında yarışda I yerə layiq görülərək diplomla təltif olunmuşdur.

Respublika çempionuRespublikamızda idmana və idmançılara xüsusi diqqət yetirildiyi danılmazdır. Bunu keçirilən müxtəlif idman yarışları da təsdiq edir. Bu yarışlarda öz gücü və cəsarəti ilə seçilən şagirdlərimiz  yüzlərlədir. Bunlardan biri də 8”C” sinif şagirdi Murad Nəzərlidir. Dəfələrlə Muradın qələbələrinin şahidi olmuşuq. Artıq onun hər oyundan çempion kimi qayıtmasına alışmışıq. Bu dəfə də qaydasız döyüşdə müxtəlif nominasiyalar üzrə Respublika çempionu olaraq qələbələrinin sayını bir daha artırdı. Çempionumuzun ən böyük arzusu  olimpiya medalı qazanmaqdır. Bu yolda cəsur idmançımıza uğurlar arzulayırıq.

Azərbaycan idmanının adını, şanını,şöhrətini yüksəldən balaca fəxrimizBizim gələcəyimiz gənclərə məxsusdur. İdman eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. “ALPAGUT döyüş sənəti” bütün türk dünyasına aid olsa da ancaq o, bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. 25 noyabr 2018-ci il tarixdə keçirilən bu idman növü üzrə Dünya çempionatında 25 kq çəki dərəcəsində məktəbimizin balaca fəxri olan 3 "C" sinif şagirdi Nuran Əliyev I yerə layiq görülərək diplom və medallarla təltif olunmuşdur. Diplom və medalın təqdim olunmasında məktəbin direktoru Dadaş Əliyev, Mərkəzi Ordu İdman Klubunun üzvləri, baş məşqçi İnşallah Camalov, məşqçi Abbas Abbasov, İlham Cəbiyev, valideyn və müəllimlər iştirak etdilər.

HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət g&ou...

BİZİM FƏXRLƏRİMİZ

Əli Vəliyev Yadigar

Tural Şıxəliyev Tahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi