Nailiyyətlərimiz

İdman sevgisi ilə yanan bir çıraq22 dekabr 2018-ci il tarixində 24 kq çəki dərəcəsində Cüdo üzrə yarış keçirilmişdir. Yarışda məktəbimizin 3”Ç” sinif şagirdi Rüstəm Səfərov III yerə layiq görülərək diplom və medalla təltif olunmuşdur.

Caz sənətini yüksəkliyə aparan balaca əllərDekabr ayının ilk ongünlüyü Respublikamızın musiqi həyatı üçün önəmli günlərdən idi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-Studiyası “ Akademik, Xalq və Caz musiqisi” Respublika festivalı keçirtdi. Festivalda məktəbimizin “Sağlam Təhsil” layihəsinin 4”A” sinif şagirdi Aytac Ağayeva iştirak etdi. Uğurla çıxış edən Aytac tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək “Tərifnamə” ilə təltif olunmuşdur.

Gənc boksçumuzun qələbə arzusuArtıq idman uğurlarımızla sizləri tanış etmək bir ənənə halını alıb. Bu dəfə də öz qələbəsi ilə boks aləmində ad qoymağa çalışan Raulla tanış olun. Raul boks idmanında hələ ki, gəncdir. O, öz güclü zərbələrinin sözünü tam deməyib. Çünki Respublika birinciliyində III yeri tutan Raul uğurlarını daha da artırıb, Dövlət Bayrağımızı dünya arenalarında qaldırmaq arzusundadır. Bu yolda uğurlar sənə, Raul!

HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət g&ou...

BİZİM FƏXRLƏRİMİZ

Əkbər Mütəllimov Əlvan

Aysel Balabəyova Vəlibaba

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi