Nailiyyətlərimiz

“General olmaq istəməyən əsgər, yaxşı əsgər deyil”.İdmana və idmançılara dövlətimizin qayğısı danılmazdır. İstər fiziki, istərsə də əqli oyunlarla məşğul olub öz qələbəsi ilə məktəbimizi qürurlandıran şagirdlərimiz çoxdur.  Biliyi, bacarığı və dərrakəsi ilə yaşıdlarından seçilən Polad İsmayılov həmişə uğurları ilə öyündüyümüz şagirdlərdəndir. Dəfələrlə müxtəlif yarışlarda qələbə qazanmış, öz üzərində ciddi çalışmışdır. VIe sinif şagirdi olan Polad həm də dərs əlaçısıdır. O, bu dəfə də Şahmat üzrə Beynəlxalq yarışda uğurla iştirak edib birbaşa II dərəcə ilə mükafatlandırılmışdır. İndi Poladın ən böyük arzusu qarşıdakı yarışları da qələbə ilə başa vurub Beynəlxalq qrasmestr adını almaqdır. Çünki onun fikrincə “General olmaq istəməyən əsgər, yaxşı əsgər deyil”.

İdman sahəsində daha bir uğurumuzRespublikamızda idmana xüsusi qayğının nəticəsidir ki, uşaq və gənclərin bu sahəyə marağı günü-gündən artır. Bu marağın nəticəsidir ki, məktəbimizdə idman uğurları ilə fəxr duyduğumuz şagirdlərimiz var. Belə şagirdlərdən biri də 4d sinif şagirdi Səid Elnuroğludur. Səid dərs əlaçısı olmaqla yanaşı, öz gücü, cəldliyi və pəhləvanlığı ilə də güləşdə rəqiblərini məğlub edir. Bu dəfə də balaca pəhləvanımız öz gücü ilə rəqiblərini məğlub edərək birinciliyini qazandı.

İdmanda uğurumuzV.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin 8b sinif şagirdi Seyidov Miremil Mirqamət oğlu "Şindi" Kikboksinq klubunun Açıq Birinciliyi "63+" kq çəki dərəcəsində "2005-2006" yaş qrupunda I yerə layiq görüldüyü üçün təltif olunub.

HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət g&ou...

BİZİM FƏXRLƏRİMİZ

Samirə Bayramova Elxan

Məhəmməd Məmmədov Vahid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi