Nailiyyətlərimiz

Həvəskar şahmatçıMəktəbimiz öz istedadları ilə həmişə fəxr edib. Belə fəxr olunası şagirdlərimizdən biri də Ve sinif şagirdi İsmayılov Poladdır. Polad bizi tez-tez uğurları iləsevindirən şagirdlərdəndir. Gah sınaqlarda yüksək bal toplamağı ilə, gah geniş məntiqi marağı ilə bizi sevindirir. Bu dəfə də "Gənclər Günü"nə həsr olunmuş şahmat yarışmasında birincilik qazanmağı ilə məktəbimizin uğur səhifəsinə bir daha öz adını yazdı.

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibiMəktəbimizin IIIa sinif şagirdi Abbasov Ramil Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” VII respublika uşaq yaradıcılıq müsabiqəsində “Yumşaq oyuncaq” nominasiyası üzrə I yer tutmuşdur. Onu təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq. Onu da qeyd edək ki, IIIa sinfində “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsində iştirak etmək ənənə halını almışdır. Ötən tədris ilin də IIIa sinfinin şagirdi Şıxıyeva Zəhra “Maket” nominasiyası üzrə yarışmada II yerə layiq görülmüşdür.

"Həvəskar Rəssamlar"V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin Vc sinif şagirdləri Əliyeva Fidan Səfail qızı və Xanlarlı Həbibə Siyavuş qızı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsində iştirak etmiş və çəkdiyi rəsm əsərlərinə görə fəxri fərmanla təltif olunmuşlar.

HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət g&ou...

BİZİM FƏXRLƏRİMİZ

Məsmə Qasımova Bayram

Solmaz Heydərli İbrahim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi