Nailiyyətlərimiz

"Öz dünyanı boya" adlı I respublika rəng festivalı"15 İyun Milli Qurtuluş Günü" münasibəti ilə müxtəlif tədbirlər keçirildi. Belə tədbirlərdən biri də məktəblilər arasında keçirilən "Öz dünyanı boya" adlı I respublika rəng festivalı oldu. Məktəbimizin II "d" sinif şagirdi Hüseynova Sara festivalda yaşıdlarından fərqlənərək sertifikata layiq görüldü. Balaca rəssama uğurlar arzulayırıq.

Olimpiadanın qalibləriSuraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb Bakı məktəbləri arasında öz uğurları, naliyyətləri ilə həmişə seçilmişdir. Hər il orta məktəbi bitirən şagirdlərimizin əksəriyyəti yüksək nəticələrlə republikamızın ali təhsil müəssisələrinə daxil olurlar . Məktəbimizin şagirdləri hər il keçirilən olimpiadalarda da müvəffəqiyyətlə iştirak edirlər. 2016-2017-ci tədris ilində keçirilən fənn olimpiadalarında da məktəbimizin şagidləri fəal iştirak etdilər. Məktəbimizin IXÇ şagirdi Heybətli Xumar Fariz qızı coğrafiya fənni üzrə olimpiadanın son mərhələsində qalib gələrək qızıl medalla mükafatlandırıldı. XI Ç sinif şagirdi Zamanlı Lamiyə Osman qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medalla mükafatlandırıldı. Şagirdlərimizi ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq.

Kiçik Pəhləvanın UğuruV.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin II"d" sinif şagirdi Elnuroğlu Səid 28 May Respublika gününə həsr olunmuş Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında "Pəhləvan" İdman Klubunun açıq birinciliyində 20kq çəki dərəcəsində I yerə layiq görülüb. Kiçik Pəhləvanın uğurları bol olsun!

HAQQIMIZDA

    V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət g&ou...

BİZİM FƏXRLƏRİMİZ

Əliəkbər Zeynallı Qasım

Fəridə Əlixanlı Rahim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi