Məktəbimizin fəxri olan 6”F” sinif şagirdi Kərimov Turan Azərbaycan Respublikasının “Qızıl Əlcək” İdman klubunun keçirtdiyi boks idman növü üzrə yarışda I yerə layiq görülmüşdür. Məlumdur ki, bu Turanın birinci uğuru deyil. Məktəbimizin direktoru Dadaş Əliyev balaca fəxrimizi təbrik ederək, uğurlarının daha bol olmasını arzuladı.
1-2 mart 2019-cu il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Azərbaycan WKC Karate DO Federasiyasının birgə təşkil etdiyi uşaqlar, yeniyetmələr və gənclər arasında açıq Bakı birinciliyində məktəbimizin 1”Ç” sinif şagirdi Əliəkbər Zeynallı I yerə layiq görülərək Diplom və medalla təltif olunmuşdur.