Gənc Tamaşaçılar Teatrına səyahət

Uşaqların asudə vaxtını səmərəli keçirməsi mühüm məsələdir. Müasir dövrdə onları həm təəccübləndirmək, həm də əyləndirmək asan deyil. Amma məktəbin məktəbdən kənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Arzu Əliyeva 8 a sinfinin uşaqlarına bu hissləri yaşatmağa çalışdı. Belə ki, onlar Zəfər Günü münasibətilə Gənc Tamaşaçılar Teatrında səhnələşdirilimiş ”Balaca kişilər” tamaşasının sehrinə düşdülər.
Tamaşada 2 ci Qarabağ savaşının qəhrəmanları, onların ağır və şərəfli döyüş yolu səhnələşdirilimişdir. Təbii oyun nümayiş etdirən aktyorların ifası uşaqlarda vətənə, millətə, torpaqlarımıza məhəbbət hissini ən dərin duyğularla aşıladı.