"Yol hərəkəti qaydaları" haqqında maarifləndirici söhbət

Məktəbin ibtidai sinif müəllimi Hüseynova Cəmilə rəhbərlik etdiyi 1ç sinfində "Yol hərəkəti qaydaları" haqqında maarifləndirici söhbət apardı. Müəllimə şagirdlərə "Yol hərəkəti qaydaları" haqqında ətraflı məlumat verdi. Piyadı keçidi, yeraltı və yerüstü keçidlərdən istifadə qaydalarını izah etdi və qadağa işarləri, nişanların izahını verdi. İşıqforun növlərini insanlar üçün olan və maşınlar üçün olanlarını uşaqlara izah etdi. İşıqforun işiqlarının hansı mənalar kəsb etdiyini uşaqlara başa saldı. Sonra uşaqlar işıqfora aid səhnəciklərini təqdim edərək, işıqfor şeirini söylədilər. Piyada keçidindən necə istifadə edəcəklərini "Yol" mahnısını ifa edərək təqdim etdilər. Sonda uşaqlar işarələr və nişanlar haqqında təqdimatlarını etdilər. Müəllimə bir daha vurğuladı ki, Yol hərəkəti qaydalarını öyrənib, əməl edərək öz həyatımızı qoruyuruq, sürücülərə təhlükələr yaşatmırıq.