"Xoş gəlib, xoş gəlib, payız bizə xoş gəlib!" adlı sinifdaxili tədbir

Bu gün məktəbin məktəbəhazırlıq qrupu -0 ə sinfində Nailə Rəhimovanın rəhbərliyi ilə "Xoş gəlib, xoş gəlib, payız bizə xoş gəlib!" adlı sinifdaxili tədbir keçirildi.
Hər fəslin öz gözəlliyi, öz rəng çaları var. Amma payızın rəngləri daha gözəldir, daha füsunkar və cəlbedicidir. Gəlişi ilə insanların üzünə rənglər dünyasının qapılarını çox geniş açdı. Körpə fidanlar da bu fəslin gözəlliklərini öz sözləri ilə sadaladı və payıza aid gözəl şeirlər söylədilər. Quşların isti ölkələrə uçub getdiyini vurğuıadılar, bəzi heyvanların havalar soyuyanda lazımı qidaları tapmadıqları üçün qış yuxusuna getdiklərini səhnələşdirdilər. Tədbirdə TTİ üzrə direktor müavini Bəsti Nəsibova və bir neçə müəllim iştirak etdi. Sonda Bəsti müəllimə çıxış edərək uşaqları təbrik etdi və onlara atdıqları ilk addımın daha da uğurlu olmasını arzuladı