"Ad bildirən sözlər-isim" mövzusunda dinləmə dərsi

Məktəbin ibtidai sinif müəllimi İmanova Xoşqədəm rəhbərlik etdiyi 3 ə sinfində Azərbaycan dili fənnindən "Ad bildirən sözlər-isim" mövzusunda dinləmə dərsi keçirdi. Müəllim mövzu ilə bağlı şagirdlərə məlumat verdi, onların biliklərini möhkəmləndirmək üçün resurslardan istifadə etdi, əlavə tapşırıqlar, iş vərəqləri işlətdi. Sonda mövzunu vətənpərvərliklə əlaqələndirib şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova və məktəbin psixoloqu Səbinə Əzimova iştirak etdilər və mövzu ilə bağlı öz fikirlərini bildirdilər.