5 f sinif şagirdlərinin kitabxanaya ekskursiyası

Dünyada nə qədər kitab var belə
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım
4 noyabr 2024-cü il tarixində 5 f sinif şagirdləri məktəbin kitabxanasında ekskursiyada oldular. Kitabxana müdiri Nuridə Quliyeva və kitabxanaçı Nəcibə Əlilı şagirdləri kitabxananın iş rejimi, məktəbin kitab fondu, abunə qaydaları ilə tanış etdi. Onlar şagirdlərə tövsiyə etdilər ki, asudə vaxtlarında kitab oxusunlar. 5 f sinfinin rəhbəri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xətayi Məmmədova kitabın insan həyatında böyük faydalarından söhbət açdı və hər bir şagirdə kitab hədiyyə etdi. Şagirdlər hədiyyə üçün müəllimələrinə öz təşəkkürlərini bildirdilər. Görüşün sonunda şagirdləri maraqlandıran suallar çavablandırıldı.