Payız əl işləri sərgisi

Şagirdlər tərəfindən əl işlərinin hazırlanması onların hərtərəfli inkişafında mühüm rol oynayan amillərdən biridir. Bu kimi yaradıcı işlərin hazırlanmasında şagirdlər öz daxili aləminin zənginləşdirərək, ətraf aləmi dərk etmək, estetik zövqü inkişaf etdirmək, bacarıq və qabiliyyətlərini üzə çıxartmaq, rəqabət aparmaq kimi xüsusiyyətlər əldə edirlər.

17 oktyabr 2019-cu il tarixdə məktəbdə rus bölməsi ibtidai sinif müəllimi Sevinc Məmmədovanın rəhbəri olduğu 3 “K” sinif şagirdlərinin “Payız əl işləri sərgisi” düzənləndi. Payız fəslinin gəlişi ilə əlaqədar öz fərdi fantaziyalarına, bacarıqlarına uyğun olaraq şagirdlər payız yarpaq və çiçəkləri, qurumuş budaqlar, makaron və digər aksesuarlardan istifadə edərək müxtəlif əl işləri yaratdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi