Təbiətə sevgi, yaşıl dünya naminə həmrəy olaq

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nəzamət Rəsulovanın rəhbərliyi ilə 7C sinif şagirdləri maarifləndirici və ekoloji düşüncəni təşviq edən məqsədyönlü ekskursiyada iştirak ediblər. “Təbiətə sevgi, yaşıl dünya naminə həmrəy olmaq” devizi altında keçirilən bu ekskursiya Bakı şəhərində yerləşən “Gənclər parkı”nda baş tutub.

Ekskursiyanın əsas məqsədi şagirdlərdə təbiətə sevgi, ekoloji mədəniyyət, ətraf mühitə qayğı hissini formalaşdırmaq və gənc nəslin yaşıl gələcək naminə daha məsuliyyətli yetişməsinə töhfə vermək olub. Şagirdlər parkdakı yaşıllıqlarla tanış olub, ağaclara qulluq etməyin əhəmiyyətindən danışıblar, təbiətin qorunması ilə bağlı maraqlı müzakirələr aparıblar.

Bu kimi təşəbbüslər gələcəyin sağlam cəmiyyətinin və təmiz ətraf mühitin təməlidir. Şagirdlərin istirahəti və maariflənməsi ilə yanaşı, onlarda vətənə, təbiətə və insani dəyərlərə sevgi hissi daha da gücləndirilib.

Təbiət bizim evimizdir — onu qorumaq hər birimizin borcudur!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi