“Azərbaycan-vətənimdir!” mövzusunda rəsm və əl işlərindən ibarət sərgi

Məktəbin 7C sinif şagirdlərinin “Azərbaycan-vətənimdir!” mövzusunda rəsm və əl işlərindən ibarət sərgisi keçirilib.

Sərgidə balaca rəssamlarımız Azərbaycanın gözəlliklərini, tarixi abidələrini, milli dəyərlərini, bayrağımızı və vətənə olan sevgilərini rənglərin dili ilə ifadə ediblər.

Şagirdlərin bu mövzuya verdikləri fərdi yanaşma və emosiya hər bir işdə hiss olunub.

Sərgiyə məktəbin direktoru Anar Mustafazadə, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimli, müəllimlər və şagirdlər baxış keçiriblər. Onlar sərgidə nümayiş olunan işləri maraqla izləyərək, şagirdlərin bacarıqlarını yüksək qiymətləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi