“Power Point-də iş”

Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimlinin rəhbərliyi ilə maraqlı və faydalı bir təlim təşkil olunub. Təlim məktəbin akt zalında baş tutub.
Bu dəfəki təlim “Power Point-də iş” mövzusuna həsr olunub. Təlimin təqdimatçısı isə 8D sinif şagirdi, bacarıqlı və istedadlı Alidə Həsənova olub. Alidə həmyaşıdlarına Microsoft PowerPoint proqramının imkanları, təqdimat hazırlama qaydaları, slayd keçidləri, animasiyalar və dizayn elementləri haqqında ətraflı məlumat verib, real nümunələr üzərində izahlar aparıb.
Təlimin əsas məqsədi şagirdlərdə rəqəmsal bacarıqları inkişaf etdirmək, onları təqdimat hazırlamaq vərdişlərinə yiyələndirmək və texnologiyadan səmərəli istifadə etməyə təşviq etmək idi. Təqdimat interaktiv şəkildə keçib, şagirdlər öz suallarını verərək aktiv iştirak ediblər.