"STEAM OOL" olimpiadasında uğur

            Elm və təhsil nazirliyinin, Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin, Edunomika layihəsinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilən STEAM'ool olimpiadasının nəticələri elan olunub.

Məktəbin 8E sinif şagirdləri Hülya Rizvanova və Zəhra Ələsgərli "STEAM OOL" olimpiadasında II yerə layiq görülərək sertifikatla təltif olunublar. Bu uğur onların əzmkarlığının, yaradıcı düşüncəsinin və komanda ruhunun göstəricisidir.

Olimpiadanın keçirilməsində məqsəd şagirdlərin elmi, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) sahələrinə marağını artırmaq, yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir. Bu olimpiada məktəblilərə real həyatda qarşılaşılan problemlərə yaradıcı və innovativ həll yolları tapmaq imkanı verir. Eyni zamanda komanda işi, liderlik və layihə əsaslı öyrənmə bacarıqlarını təşviq edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi