Milli Qurtuluş Gününə həsr olunan möhtəşəm konsert

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Bağı - park bulvarda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib. Tədbir, Azərbaycanın müstəqilliyinin qorunmasında, möhkəmlənməsində və inkişafında əvəzsiz xidmətləri olan, xalqın böyük sevgisini və etimadını qazanmış ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümünə ithaf olunub.

Tarixə qızıl hərflərlə yazılmış bu əlamətdar gün münasibətilə keçirilən tədbirə rayon ictimaiyyəti, məktəblilər, müəllimlər və müxtəlif təbəqələrdən olan insanlar qatılıb. Tədbirdə məktəbin direktoru Anar Mustafazadə, direktor müavini Sevil Rəfiyeva, məktəbin bir qrup müəllimi və şagirdləri də fəal iştirak ediblər.

Konsert proqramında Azərbaycanın tanınmış estrada ulduzları, sevilən muğam və milli mahnılarımızın ifaçıları çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. Tədbir vətənpərvərlik ruhunu aşılayan, gənclərə milli-mənəvi dəyərləri çatdıran əsl bayram əhval-ruhiyyəsində keçib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi