Bakıda cüdo üzrə dünya çempionatı keçirilir

Azərbaycan tarixində ilk dəfə olaraq Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start götürüb. 22 sentyabrda, yarışın növbəti günündə Azərbaycan üç cüdoçu ilə təmsil olundu. Qadınların mübarizəsində İçinxorlu Munxtsedev tatamiyə çıxdı. Kişilərin yarışında isə Avropa çempionlarımız - Hidayət Heydərov və Rüstəm Orucov öz güclərini sərgilədilər. Hidayət Heydərov bürünc medal qazandı. Məktəbimizin müəllimləri İlhamə Qələndərova, Nəzamət Rəsulova,  idman müəllimi Afaq Qəniyeva  və 7 “A” sinif şagirdləri idmançılarımızı dəstəkləmək üçün Milli Gimnastika Arenasında çox fəal şəkildə azarkeş dəstəyi göstərdilər. Azarkeşlər arasında  Avropa çempionu, Dünya ikincisi, Olimpiya festivalının ikincisi Kəramət Hüseynov, beynəlxalq turnirlərin qalibi, idman ustası Şəhanə Alməmmədova, Respublika çempionu, idman ustası Nuranə Muradova da iştirak edirdilər. Bu çempionatı izləməyə şərait yaratdıqları üçün və məktəbimizə verdikləri dəstəyə görə məktəbimiz adından Cüdo Federasiyasına təşəkkürlər bildiririk. Qalib idmançımızı təbrik edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi