Tətil günlərinin səmərəli təşkili və mənalı istirahət

Məktəbin riyaziyyat müəllimi Səadət Həsənova rəhbəri olduğu 7Ə sinif şagirdləri ilə birgə tətil günlərində yadda qalan və maarifləndirici bir ekskursiya təşkil edib. Məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, sosial bacarıqlarının inkişafı və təbiətə olan marağın artırılması olub.
Ekskursiya "Gənclik parkı" kimi paytaxtımızın gözəl istirahət guşələrindən birində baş tutub. Səadət müəllimin qayğıkeş rəhbərliyi və uşaqların yüksək əhval-ruhiyyəsi ilə yadda qalan bu gün şagirdlər üçün həm əyləncəli, həm də maarifləndirici olub. Gəzinti zamanı təbiət gözəllikləri müşahidə olunub, birgə oyunlar oynanılıb və şagirdlər bir-biri ilə daha da yaxınlaşıb, sinif daxilində dostluq münasibətləri möhkəmlənib.
Belə təşəbbüslər şagirdlərin məktəb həyatı ilə yanaşı ictimai həyatla da daha yaxından tanış olmasına şərait yaradır.