Heydər Əliyev Mərkəzinə ekskursiya

Мəktəbin rus bölməsinin ibtidai sinif müəllimi Fatma Ələsgərovanın rəhbərliyi ilə 2A sinif şagirdləri unudulmaz bir ekskursiyada iştirak ediblər. Şagirdlər müasir memarlığın nadir incilərindən olan və ümummilli liderimiz Heydər Əliyevin zəngin irsini yaşadan Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Ziyarət zamanı uşaqlar Heydər Əliyevin həyat və fəaliyyətinə dair maraqlı məlumatlarla tanış olub, interaktiv eksponatlar vasitəsilə Azərbaycan tarixi və mədəniyyətini daha dərindən öyrənmək imkanı qazanıblar. Ekskursiya şagirdlərdə vətənpərvərlik hisslərini daha da gücləndirib, onların milli-mənəvi dəyərlərimizə olan marağını artırıb.
Bu kimi tədbirlər şagirdlərin dünyagörüşünün genişlənməsi, tariximizi və mədəniyyətimizi daha yaxından tanımaları üçün mühüm əhəmiyyət daşıyır. Uşaqlar gün ərzində həm öyrəniblər, həm də əylənərək unudulmaz xatirələr qazanıblar.