Zooloji parka ekskursiya

Məktəbin ibtidai sinif müəllimi Rəhilə İsmayılova rəhbərlik etdiyi 2C sinif şagirdləri ilə birlikdə maraqlı və maarifləndirici bir ekskursiyada iştirak ediblər. Məktəblilər bu dəfə sinif otağını təbiətin qoynuna dəyişərək Zooloji parka səfər ediblər.
Ekskursiyanın əsas məqsədi şagirdlərə canlılar aləmini daha yaxından tanıtmaq, onların müxtəlif növləri, xüsusiyyətləri və yaşadıqları mühit haqqında biliklərini genişləndirmək olub. Şagirdlər heyvanların həyat tərzini müşahidə edib, müəllimlərinin izahı ilə onların yaşayış şəraiti, qidalanması və təbiətdəki rolu barədə maraqlı məlumatlar əldə ediblər.
Bu ekskursiya şagirdlərin təbiətə olan marağını artırmaqla yanaşı, onlarda canlılara qarşı qayğıkeş münasibətin formalaşmasına da böyük töhfə verib. Canlı təbiətlə birbaşa ünsiyyət, uşaqların müşahidə qabiliyyətini və öyrənməyə olan həvəsini gücləndirib.
Təbiət qoynunda keçirilən bu gün, balaca məktəblilər üçün həm əyləncəli, həm də öyrədici olub.