“Cəmiyyətin yeni oyunu: Asılılıq” adlı seminar

Məktəbin akt zalında məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimlinin təşəbbüsü ilə 5-ci sinif şagirdləri üçün “Cəmiyyətin yeni oyunu: Asılılıq” adlı seminar keçirilib. Seminarın əsas məqsədi müasir dövrün aktual problemi olan müxtəlif asılılıqlar – texnologiyadan, sosial şəbəkələrdən və digər mənfi təsirli vərdişlərdən uşaqları uzaq tutmaq, onlarda düzgün informasiya savadlılığını formalaşdırmaq və sağlam həyat tərzinə yönləndirmək idi.

Fidan xanım seminar zamanı mövzu ilə bağlı geniş məlumat verərək, asılılığın fərdi və cəmiyyət üçün doğura biləcəyi fəsadlar haqqında danışıb, eyni zamanda şagirdlərə bu cür risklərdən necə qorunmağın yollarını izah edib.

Seminarın davamında 8D sinif şagirdləri Xədicə İbrahimova və Nuray Həsənli də mövzu ətrafında maraqlı təqdimatlarla çıxış edərək həmyaşıdlarına asılılıqların yaratdığı təhlükələr və onlarla mübarizə yolları haqqında fikirlərini bölüşüblər.

Tədbir şagirdlər üçün həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyıb. Belə tədbirlər uşaqların düşüncəsində sağlam və məsuliyyətli yanaşmalar formalaşdırmaq baxımından olduqca əhəmiyyətlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi