IX–XI siniflərdə Böyük Summativ Qiymətləndirilmə

Məktəbdə 2024–2025-ci tədris ilinin II yarımili üzrə Böyük Summativ Qiymətləndirilməsi (BSQ) mərhələsinə uğurla start verilib. Məktəbdə qiymətləndirmənin obyektiv və şəffaf şəkildə keçirilməsi üçün hərtərəfli hazırlıq işləri görülüb, şagirdlərin rahatlığını təmin etmək məqsədilə optimal şərait yaradılıb.

Bu dəfəki qiymətləndirmə prosesində fərqlilik ondan ibarət idi ki, IX–XI sinif şagirdlərinin bilik və bacarıqlarının yoxlanılmasına nəzarət edənlər məktəbin dəyərli keçmiş məzunları olub. Onlar qiymətləndirmə prosesinə ciddi nəzarət etməklə yanaşı, öz məsuliyyətli yanaşmaları və nümunəvi davranışları ilə həm məktəbimizə, həm də gənc nəslə dəyərli töhfə veriblər. Bu təşəbbüs, məzunlarımızın təhsilə olan bağlılığını və məktəbə olan sevgisini bir daha nümayiş etdirib.

BSQ-nin keçirilməsində əsas məqsəd – təhsil proqramına uyğun olaraq tərtib olunmuş məzmun və qiymətləndirmə standartlarına əsasən şagirdlərin bilik və bacarıqlarını ölçmək, onların nailiyyətlərini üzə çıxarmaq və tədris keyfiyyətini daha da artırmaqdan ibarətdir.

Qiymətləndirmənin yekununda məktəbimizin direktoru Anar Mustafazadə keçmiş məzunlarla görüşərək onlara səmimi təşəkkürünü bildirib, bu kimi əməkdaşlıqların gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Beləliklə, məktəb – yalnız bir təhsil ocağı deyil, həm də dəyərli ənənələrin yaşadıldığı, keçmişlə gələcək arasında körpü salan müqəddəs bir məkandır. Bu yolda birlikdə addımlamaqdan qürur duyuruq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi