Riyaziyyat kampının uğurlu sonluğu – təbiət qoynunda mənalı bir gün

Məktəbin direktor müavini Zahidə Əhmədovanın təşkilatçılığı ilə keçirilən “Riyaziyyat kampı”nın şagirdləri, ilin məhsuldar tədris dövrünü başa vuraraq asudə vaxtlarını səmərəli keçirmək məqsədilə maraqlı bir piknik təşkil ediblər.
Piknik zamanı şagirdlər həm təbiətin gözəlliyindən zövq alıb, həm də komanda ruhunu, dostluq münasibətlərini daha da gücləndiriblər. Səhər saatlarından başlayan tədbirdə müxtəlif əyləncəli oyunlar, intellektual yarışmalar və idman fəaliyyətləri həyata keçirilib. Bu cür təşəbbüslər, şagirdlərin məktəb həyatına olan marağını artırmaqla yanaşı, onların sosial bacarıqlarını inkişaf etdirməyə də xidmət edir.