Rus bölməsi üzrə 4-cü sinif şagirdləri arasında BSQ

Məktəbdə tədris ili üzrə təhsil nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində növbəti addım atılıb. Məktəbin direktor müavini Rəhimə Hüseynovanın rəhbərliyi ilə rus bölməsi üzrə 4-cü sinif şagirdləri arasında II yarımil üçün Böyük Summativ Qiymətləndirmə (BSQ) təşkil olunub.
Qiymətləndirmə prosesində şagirdlərin tədris ili ərzində qazandıqları bilik və bacarıqların obyektiv şəkildə yoxlanılması əsas məqsəd olub.