“ Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu və “Suraxanı” Gəmi-muzeyinə ekskursiya

Məktəbin 6Ç sinif şagirdləri sinif rəhbərləri Ceyran Həsənovanın rəhbərliyi ilə maraqlı və öyrədici ekskursiyada iştirak ediblər. Dərs fəaliyyətləri ilə yanaşı, şagirdlərin biliklərini praktik mühitdə artırmaq məqsədilə təşkil olunan ekskursiya zamanı onlar bir neçə önəmli mədəni və tarixi məkanı ziyarət ediblər.

Ekskursiya ilk olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə başlayıb. Burada şagirdlər təbiətə və tarixə dair zəngin məlumatlar əldə ediblər. Xüsusilə tullantı materiallarından hazırlanan sənət əsərləri sərgisi uşaqlarda böyük maraq doğurub. Şagirdlərə tullantıların düzgün utilizasiyası, ətraf mühitin qorunması və təkrar emalın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Onlar tullantı materiallarından sənət əsərləri yaratmağın mümkünlüyünü və bu prosesin ətraf mühit üçün nə qədər faydalı olduğunu əyani şəkildə müşahidə ediblər.

Ekskursiyanın növbəti ünvanı “Suraxanı” Gəmi-muzeyi olub. Burada şagirdlər dünyanın ilk tanker tipli muzey gəmisini bələdçilərin müşayiəti ilə ziyarət edərək gəmiçilik tarixi və dənizçilik mədəniyyəti ilə yaxından tanış olublar. Muzeyin interaktiv bölmələrində şagirdlər oyun manipulyatorları vasitəsilə müxtəlif gəmi əməliyyatlarını simulyasiya edib, əylənərək öyrəniblər.

Bu cür ekskursiyalar şagirdlərin dünyagörüşünü genişləndirir, onlarda həm elmi maraq, həm də ekoloji düşüncə formalaşdırır. Əldə etdikləri təcrübələr isə onların dərs fəaliyyətlərinə müsbət təsir göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi