"Zəngəzur" filminin müzkirəsi

Məktəbdə “Mütaliə ayı” çərçivəsində 9Ç sinfində maraqlı və maarifləndirici oxu saatı təşkil olunub. Tədbir məktəbin ingilis dili müəllimi Könül İsmayılovanın təqdimatında keçirilib.
Şagirdlər tariximizin mühüm bölgələrindən biri olan Zəngəzur haqqda qısa metarjli Ingilis dilində filmə baxıblar. Film zamanı gördükləri faktlar və görüntülər barədə bildiklərini və öyrəndiklərini sinif yoldaşları ilə ingilis dilində müzakirə ediblər.
Daha sonra mövzuya dair seçilmiş mətnləri mütaliə ediblər. Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevin uğurlu siyasəti nəticəsində işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan yenidənqurma işləri və dünyanın bir çox ölkələrinin marağında olan Zəngəzur dəhlizinin əhəmiyyəti barədə də danışılıb və şagirdlər bu mövzuda məlumatlandırılıblar.