Maraqlı tarix dərsi

Məktəbdə tarix müəllimi Səyalə Şirvanovanın təqdimatında 6E sinfində maraqlı və yaddaqalan dərs keçirilib. Dərsin mövzusu qədim dövrlərə işıq tutan Albaniya dövləti olub. Dərs dinləməsində məktəbin direktor müavini Zahidə Əhmədova və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimli də iştirak ediblər.
Dərs zamanı şagirdlər tarixi faktları yalnız dinləməklə kifayətlənməyib, həm də fərdi və qrup təqdimatları ilə fəal iştirak ediblər. Onlar hazırladıqları təqdimatlar, plakatlar və qısa çıxışlarla Albaniya dövlətinin yaranması, siyasi quruluşu, mədəniyyəti və dini inancları haqqında məlumat veriblər.
Bu dərs şagirdlərə təkcə nəzəri bilikləri deyil, həm də təqdimat bacarığı, komanda ilə işləmək və ictimai çıxış etmə kimi həyati vacib bacarıqları inkişaf etdirmək imkanı yaradıb.