Yüksək nəticə – yüksək dəyər

02 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 300 bal toplamış şagirdlərlə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında xüsusi görüş keçirilib.

Tədbirdə məktəbin direktor müavini, eyni zamanda YAP Nizami rayon üzrə ərazi partiya təşkilatının sədri Sevil Rəfiyeva, yüksək nəticə göstərmiş şagird Sona Nurməmmədli və onun anası, məktəbin Azərbaycan dili müəllimi Aynurə Nurməmmədli də iştirak ediblər.

Görüş zamanı YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək abituriyentləri təbrik edib, onlara qarşıda duran imtahan mərhələsində də uğurlar və ən yüksək nəticələri qazanmağı arzulayıb.

Tədbir iştirakçıları – abituriyentlər və onların valideynləri isə ölkədə təhsilə göstərilən diqqət və yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda isə uğurlu nəticə göstərən şagirdlərə xatirə hədiyyələri təqdim olunub. Bu cür görüşlər gəncləri ruhlandırır, onları daha böyük nailiyyətlərə doğru həvəsləndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi