“Riyaziyyatın tədrisi metodikası” layihəsi çərçivəsində monitorinq

Məktəbdə “Riyaziyyatın tədrisi metodikası” layihəsi çərçivəsində ibtidai siniflərdə monitorinq təşkil olunub.
1E sinfində Aygün Babayeva, 2E sinfində isə Lalə Süleymanova tərəfindən keçirilən dərslərdə riyaziyyatın tədrisinə yaradıcı və metodiki yanaşma nümayiş etdirilib.
Dərs dinləməsində məktəbin direktor müavini Sevil Rəfiyeva və ARTİ-nin əməkdaşı Nigar Həşimova iştirak edərək dərslərin gedişi ilə yaxından tanış olublar.
Bu cür təşəbbüslər müəllimlərimizin peşəkarlığının artırılması və tədris keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.