"Əyləncəli Riyaziyyat" kampının növbəti görüşü

Məktəbin akt zalında şagirdlərin böyük maraqla gözlədiyi "Əyləncəli Riyaziyyat" kampının daha bir görüşü baş tutub. Tədbir məktəbin direktor müavini Zahidə Əhmədovanın təqdimatında keçirilib.
Bu görüşdə şagirdlər riyaziyyat fənninə aid müxtəlif maraqlı suallara həvəslə cavab veriblər, zehni bacarıqlarını nümayiş etdiriblər. Zahidə müəllim tərəfindən təşkil olunan rəngarəng və əyləncəli oyunlar isə onların riyaziyyata olan marağını daha da artırıb.
Şagirdlər bu görüşdə sadəcə öyrənməklə kifayətlənməyiblər, həm də əyləniblər, vaxtlarını maraqlı və səmərəli keçiriblər. Tədbirin sonunda iştirakçılara riyaziyyata aid simvollar və işarələrin əks olunduğu xüsusi dizaynlı köynəklər hədiyyə edilib. Bu hədiyyələr şagirdlər üçün həm sürpriz, həm də motivasiya mənbəyi olub.
Bu kimi təşəbbüslər məktəblilərin elmi fənlərə, xüsusilə də riyaziyyata olan sevgisini artırmaqla yanaşı, onlarda komanda işi, düşünmə və analiz etmə bacarıqlarını da inkişaf etdirir.