"Ekoloji problemlər və onların həlli yolları" adlı xüsusi dərs
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı olaraq, Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, yaşıl enerji növlərinin yaradılması istiqamətində şagirdlərin maarifləndirilməsi məqsədilə oktyabr ayında "Məktəblərdə ekologiya ayı" layihəsi keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər Planına uyğun olaraq məktəbin coğrafiya müəllimi Məmmədov Mirzə "Ekoloji problemlər və onların həlli yolları" adlı xüsusi dərs təşkil edib. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi barədə şagirdlərə maarifləndirici məlumat verilib. Ekologiyanın çirkləndirilməsi ilə bağlı qısa filmlərə baxılıb.