"İbtidai siniflər" aylığı çərçivəsində "Bizi hamı tanısın" adlı görüş keçirilib

"İbtidai siniflər" aylığı çərçivəsində oktyabrın 25-də İbtidai siniflər üzrə metodbirləşmə rəhbəri Fidan Dadaşovanın təşkilatçılığı ilə məktəb-liseyin istedadlı ibtidai sinif şagirdləri ilə "Bizi hamı tanısın" adlı görüş keçirilib. Görüşdə məktəb-liseyin direktoru Könül Məmmədli, təlim -tərbiyə işləri üzrə direktor müavini Nərmin Uğurliyeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Lamiə Məmmədova, ibtidai sinif müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər. Görüşdə kiçik idmançıların uğurları təhlil olunub, təsviri incəsənət fənni üzrə rəsm dərnəklərinə gedən istedadlı şagirdlərin əl işləri sərgilənib, musiqi məktəbində təhsil alan şagirdlərin qabiliyyətləri nümayiş olunub. Peşəkar müəllimlər Zərəfşan Məmmədova, Şəhla Əliyeva ,Yaşar Qubadov həmin şagirdlərə tövsiyələrini veriblər, peşəkarlığa gedən yolda zəhmətin əsas olduğu aşılanıb. Məqsəd fənn metodbirləşmələri ilə əlaqə yaratmaq, həmçinin istedadlı ibtidai sinif şagirdlərini üzə çıxarmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi