"Nə yaxşı ki, oxudum" layihəsinə start verilib

Məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi Süleymanlı İlahənin və məktəb kitabxanasının birgə təşkilatçılığı sayəsində beşinci siniflərin ədəbiyyatsevərləri ilə birgə yeni layihəyə- "Nə yaxşı ki, oxudum" layihəsinə start verilib. Hər ayın sonu keçirilməsi nəzərdə tutulan layihənin məqsədi şagirdlərin mütaliəyə həvəsini artırmaq, onların şifahi nitq bacarıqlarını inkişaf etdirmək, söz ehtiyatlarını zənginləşdirməkdir. Cəlil Məmmədquluzadə və hekayələri mövzusunda başlanan müzakirə-təhlil xarakterli dəyirmi masanın ilk iştirakçıları dahi yazıçının bir neçə hekayəsinin məzmunu, dil-üslubu, ideya xüsusiyyətləri ilə bağlı fikir və düşüncələrini ifadə etməklə oxuyub-anlama bacarıqlarını nümayiş etdiriblər. Sonda şagirdlər C.Məmmədquluzadənin əsərləri əsasında çəkilən "Qəm pən#cərəsi" filmindən kiçik bir səhnəcik nümayiş etdiriblər. Gələcək ayın- noyabrın sonunda təşkil olunacaq növbəti müzakirə üçün C..Məmmədquluzadənin digər hekayələrinin qiraət olunması tapşırığı verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi