HAQQIMIZDA

İ.Məmmədov adına 261 nömrəli məktəb-lisey 1 sentyabr 1979-cu ildən fəaliyyətə başlamışdır.2001-ci ildən 261 nömrəli məktəbə məktəb-lisey statusu verilmişdir.7-ci siniflərdən bir texniki,bir humanitar sinif olmaqla 7,8,9-cu siniflərin hər paralelində 2 lisey sinfi,10-cu sinifdə texniki, humanitar, riyaziyyat-iqtisadiyyat, 11-ci siniflərdə isə texniki, humanitar təmayüllü siniflər fəaliyyət göstərir. Məktəb-liseydə 1-ci sinifdən ingilis dili, 5-ci siniflərdən rus dili tədris olunur. Məktəb-liseydə II-IV siniflərdə şahmat dərsləri keçirilir. Eyni zamanda məktəb-liseydə II-VII siniflərdə "Rəqəmsal bacarıqlar" və V-VIII siniflərdə "STEAM layihələri" həyata keçirilir. Məktəb-liseydə 59 sinif komplektində 1542 nəfər şagird təhsilə cəlb edilmişdir. Şagirdlərin təlim-tərbiyəsi ilə 95 müəllim məşğul olur. Onlardan 1 nəfər "Qabaqcıl təhsil işçisi" döş nişanı, 1 nəfər "Tərəqqi" medalı ilə təltif edilib. 4 məktəbəhazırlıq qrupunda 91 nəfər şagird təhsilə cəlb edilmişdir. Məktəb beş günlük, iki növbəli rejimdə fəaliyyət göstərir. Məktəb-liseydə 4 kompüter otağı vardır. Məktəb-liseyin bütün ibtidai sinif otaqları elektron lövhə ilə təmin olunmuş və bütün müəllimlər İKT ilə bağlı təlimlərdə iştirak etmiş və sertifikatlar almışlar. Məktəb-liseyin şagirdləri hər il olimpiadanın şəhər və respublika turlarının qalibləri olmuşlar. Bakı şəhəri və respublika üzrə keçirilən idman yarışlarında və müsabiqələrdə məktəbin şagirdləri məktəbi layiqincə təmsil etmişlər. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda məktəb-liseyin nəticələri çox yüksəkdir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 261nömrəli məktəb-lisey 2008-2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi