Nailiyyətlərimiz

“ALPLOGO-2022” PROQRAMLAŞDIRMA OLİMPİADASININ QALİBLƏRİ MÜKAFATLANDIRILDI11 iyun 2022-ci il  tarixdə  İdrak  liseyndə  “ALPLOGO-2022” proqramlaşdırma olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.  Məktəb - liseyin 6e sinif şagirdi Hüseynli Xədicə I yer, 6a sinif şagirdi İsmayılzadə  İnci  IV yer diplomu ilə  təltif olunmuşlar. Hüseynli Xədicənin informatika müəllimi Aygül Orucova, İsmayılzadə  İncinin müəllimi Günay Cəfərovadır. Şagirdləri və onların müəllimlərini təbrik edir, yeni nailiyyətlər arzulayırıq!

“Birlikdə daha yaxşı internet üçün! ” adlı poster müsabiqəsinin qalibləriEdTech Azerbaijan tərəfindən respublika üzrə Beynəlxalq İnternet Təhlükəsizliyi günü 2021 münasibəti ilə “Birlikdə daha yaxşı internet üçün! ” adlı poster müsabiqəsi keçirilmişdir. Müsabiqənin məqsədi uşaqlar arasında internetdən düzgün, təhlükəsiz və məqsədyönlü istifadəni təbliğ etməkdir.Bu müsabiqdə 261 nömrəli məktəb-liseyin 4b sinif şagirdi Xasəliyeva Gülarənin əl işi 3-cü yerə layiq görülmüşdür.Həmçinin keçən il keçirilən “Birlikdə daha yaxşı internet üçün! ” 2020 müsabiqəsində Xasəliyeva Gülarə 2-ci yer, Mirzəyeva Aylin fərqlənmə sertifikatı ilə təltif olunmuşlar. Şagirdlərimizi və onların informatika müəllimləri Orucova Aygül,Cəfərova Günayı  təbrik edirik.

“VƏTƏNİN QƏHRƏMAN OĞULLARI” MÜSABİQƏSİNƏ YEKUN VURULDUBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəblərinin VII-IX siniflərində təhsil alan şagirdlər arasında "Vətənin qəhrəman oğulları" onlayn videotəqdimat müsabiqəsi keçirilib.Müsabiqənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir. Müsabiqəyə ümumilikdə 250-dən artıq iş təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən məktəbimizin 7c sinif şagirdi Nəzrin Məmmədova həvəsləndirici yeri tutduğu üçün "Tərifnamə" yə layiq görülüb. Şagirdimizi və onun müəllimi Aygül Orucovanı   təbrik edir, onlara uğurlar diləyirik.

HAQQIMIZDA

İ.Məmmədov adına 261 nömrəli məktəb-lisey 1 sentyabr 1979-cu ildən fəaliyyətə başlamışdır.2001-ci ildən 261 nömrəli məktəbə mə...

BİZİM FƏXRLƏRİMİZ

Firudin Heydərov Hicran

Cəfər Balakişiyev Arzuman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi