Nailiyyətlərimiz

Fənn müsabiqələrinin qalibləri9 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə birinci qrant müsabiqəsi layihəsi çərçivəsində  Bakı şəhəri üzrə Məktəblilərarası Fənn Müsabiqələrinin final mərhələsi keçirilmişdir. Məktəbimizi final mərhələsində 3 nəfər şagird təmsil edirdi. Final müsabiqəsinin nəticələrinə əsasən 2 şagirdimiz,   fizika  fənni üzrə Gülməmmədli Yasin Səməndər oğlu  74,375  balla, informatika  fənni üzrə Məstiyeva Əfruz Fərhad qızı 81, 25  balla   II  yerə  layiq görülmüş  və  diplomla  təltif edilmişdilər. Bu münasibətlə  şagirdlərimizi, onların fənn  müəllimləri  İlyasova  Rəna,  Orucova  Aygülü   təbrik  edir  və uğurlarının davamlı olmasını arzulayırıq.

“ALPLOGO-2017” Proqramlaşdırma Olimpiadası14 may 2017-ci il tarixində məktəb şagirdləri arasında ALPLogo proqramlaşdırma olimpiadası keçirilmişdir. Qaliblərin mükafatlandırılması mərasimi 3 iyun 2017 ci il tarixində Bakı Modern Təhsil Kompleksinin akt zalında keçirildi. Bakı Modern Təhsil Kompleksində baş tutan tədbirdə Təhsil Nazirliyi işçisi Fuad Qarayev, Bakı Dövlət Universitetinin professoru, informatika dərsliyinin müəllifi Ramin Mahmudzadə , informatika dərsliyinin müəllifləri İsmayıl Sadıqov, Naida İsayeva, Step İT Akademy-nin rəsmiləri iştirak edib. Məktəb-liseyin 7D sinif şagirdi Quliyev Əli (III yer) "ALPLogo - 2017" mühitində proqramlaşdırma olimpiadasının Respublika turunun qalibi olmuş, diplom, medal və hədiyyələrlə təltif olunmuşdur.Quliyev Əlini və onun fənn müəllimi Aygül Orucovanı təbrik edir, onalara yeni uğurlar diləyirik.

Qızıl medala layiq görülən məzunumuz...2016-2017-ci tədris ilinin 11A sinif şagirdi-məzun Eyvazzadə Nigar Adil qızı oxuduğu müddətdə özünü nümunəvi şagird kimi göstərmiş, bütün fənlərdən əla qiymətlər almaqla yanaşı məktəbin bütün tədbirlərində , müsabiqələrində, intelektual oyunlarında iştirakına görə digər şagirdlərdən fərqlənmişdir.O, dəfələrlə müxtəlif rayon(şəhər), ölkə səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə nailiyyətlər qazanmış, respublika fənn olimpiadalarının iştirakçısı olmuş və Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən 25.05.2017-ci il tarixində “Coğrafiya” fənni üzrə “Respublika fənn olimpiadalarinin qalibi” kimi ikinci yerə layiq görülmüş və “Gümüş medal”la təltif edilmişdir.Nigar Eyvazzadə Təhsil Nazirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasdının 94-cü ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində üçüncü yeri tutmuşdur.O, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən inşa yazı müsabiqəsində birinci yeri, Təhsil Nazirliyi tərəfindən keçirilən “Məktəblərarası fənn müsabiqəsi”ndə “Fizika ” fənni üzrə üçüncü yeri tutmuşdur.Eyvazzadə Nigar Adil qızı məktəb-liseydə təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqləndiyinə görə qızıl medala layiq görülmüşdür.Ona xüsusi nümunəli attestat və”Qızıl medal”məktəb rəhbərliyi tərəfindən təntənəli surətdə təqdim edilmişdir.Eyvazzadə Nigar Adil qızına qəbul imtahanlarında 655 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdur.

HAQQIMIZDA

İ.Məmmədov adına 261 nömrəli məktəb-lisey 1 sentyabr 1979-cu ildən fəaliyyətə başlamışdır.2001-ci ildən 261 nömrəli məktəbə mə...

BİZİM FƏXRLƏRİMİZ

Səltənət Əlizadə Elşad

Nuranə Hüseynli Rəfael

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi