Nailiyyətlərimiz

“ALPLOGO-2018”Proqramlaşdırma Olimpiadasının Respublika Turunun Qalibi.13 may 2018-ci il tarixində məktəb şagirdləri arasında ALPLogo proqramlaşdırma olimpiadası keçirilmişdir.Builki tapşırıqlardan biri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”logotipi idi.Qaliblərin mükafatlandırılması mərasimi 20 may 2018-ci il tarixində Bakı Modern Təhsil Kompleksinin akt zalında keçirildi.Bakı Modern Təhsil Kompleksində baş tutan tədbirdə  BMTK-nin baş direktoru, fizika üzrə fəlsəfə doktoru M.B.Əliyeva, İKT üzrə direktor müavini Gülnarə Səlimova,Bakı Dövlət Universitetinin professoru,şərəf ordenli,informatika dərsliyinin müəllifi Ramin Mahmudzadə,əməkdar müəllim,informatika dərsliyinin müəllifi Naidə İsayeva,Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Mixail Medvedev,Beynəlxalq “QUNDUZ”(“Bebras”, “Bobyor”)müsabiqəsinin yaradıcısı,Litvanın Vilnüs Universitetinin professoru Valentina Dagen və digər hörmətli qonaqlar iştirak etmişdilər.Məktəb-liseyin 5D sinif şagirdi İsmayıllı Raul (III yer) “ALPLogo-2018” mühitində proqramlaşdırma olimpiadasının Respublika turunun qalibi olmuş,diplom və medalla təltif olunmuşdur.Bu münasibətlə Raul İsmayıllını və onun informatika müəllimi Aygül Orucovanı təbrik edir,onlara yeni uğurlar diləyirik.         

“SketchUP proqramında ən yaxşı üçölçülü model-2018” Respublika müsabiqəsinin qalibi 15 aprel 2018-ci il tarixində orta məktəb şagirdləri arasında “SketchUP proqramında ən yaxşı üçölçülü model-2018” Respublika müsabiqəsi  keçirilmişdir.Bu ilki tapşırıq SketchUP proqramında “Tac Mahal” abidəsinin 3D modelinin qurulması idi.Məktəb-liseyin 8b sinif şagirdi Rzayev Hüseyn bu müsabiqədə IV yerə layiq görülərək ,adını qaliblər siyahısına yazadırmış və diplomla təltif olunmuşdur.Bu münasibətlə Hüseyn Rzayevi və onun informatika müəllimi Aygül Orucovanı məktəbin tərbiyə işləri üzrə direktor müavini Lamiə Məmmədova təbrik edərək,uğurlarının davamlı olmasını arzuladı.

Olimpiadanın Respublika turunda Tarix fənnindən “Birincilərin birincisi” adına layiq görülmüş şagirdimizRespublika Fənn Olimpiadasında iştirak edən 261 nömrəli məktəb-liseyin 10a sinif şagirdi Rufulla Vüqar Ceyhun oğlu Tarix fənni üzrə Respublika mərhələsinin qalibi olmuş, “Birincilərin birincisi” adına layiq görülmüşdür.Biz də məktəb-lisey adından Vüqara uğurlarının davamlı olmasını arzulayırıq.

HAQQIMIZDA

İ.Məmmədov adına 261 nömrəli məktəb-lisey 1 sentyabr 1979-cu ildən fəaliyyətə başlamışdır.2001-ci ildən 261 nömrəli məktəbə mə...

BİZİM FƏXRLƏRİMİZ

Cəfər Balakişiyev Arzuman

Mahmud Mahmudov Ceyhun

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi