Nailiyyətlərimiz

Olimpiada qalibiXətai rayonu 261№-li məktəb-liseyin VI sinif şagirdi Ramazanzadə Nigar Vilayət qızı 5 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi və Bakı şəhər Təhsil İdarəsi tərəfindən Dünya məktəbində keçirilən "Təhsil ağlın simasıdır" mövzusunda riyaziyyat fənni üzrə olimpiadada iştirak etmişdir.Olimpiadada paytaxt məktəblərinin VI-VII sinif şagirdləri iştirak etmişlər.Burada məqsəd riyazi məntiqi güclü olan şagirdlərinin müəyyən edilməsidir.Belə ki, Ramazanzadə Nigar I turda 42 bal toplayaraq yüksək nəticə göstərərək II tura vəsiqə qazanmışdır.16 yanvar 2016-cı il tarixində keçirilmiş II mərhələdə də yüksək nəticə göstərərək Olimpiadanın qalibi olaraq II yerə layiq görülmüşdür.Biz inanırıq ki, Nigar gələcəyin ən güclü riyaziyyatçılarından biri olacaq,hər zaman məktəbimizin adını ucaldacaq.Bu uğuruna görə Ramazanzadə Nigarın riyaziyyat müəllimi Məmmədova Lamiyə Yasin qızına təşəkkürümüzü bildiririk...

Ən yaxşı müəllim...Xətai rayonu 261№-li məktəb-liseyim Kimya müəllimi Eyvazova Zərinə Azərbaycan Respublikasının Prezidentinin 28 iyun 2011-ci il 1582 tarixli sərəncamına əsasən 2010-2011-ci tədris ilində keçirilmiş "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur...

TəşəkkürnaməXətai rayonu 261 №-li məktəb-liseyin İbtidai sinif müəllimi Qurbanova Təranə rəhbərlik etdiyi sinif şagirdləri ilə Musiqi günü münasibətilə Üzeyir Hacıbəyovun ev muzeyinə getmiş,məşhur “Arşın mal alan” əsərini səhnələşdirib göstərmişdir.Kiçik yaşlı şagirdlərin çıxışı muzeyin rəhbərliyi tərəfindən bəyənilmiş və məktəb-liseyin direktoru Əsədov Abuzər müəllimə “Təşəkkürnamə” göndərilmişdir.

HAQQIMIZDA

İ.Məmmədov adına 261 nömrəli məktəb-lisey 1 sentyabr 1979-cu ildən fəaliyyətə başlamışdır.2001-ci ildən 261 nömrəli məktəbə mə...

BİZİM FƏXRLƏRİMİZ

Cəfər Balakişiyev Arzuman

Mahmud Mahmudov Ceyhun

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi