FƏXRİMİZ

İlham Niyazi oğlu Məmmədov 1973-cü il fevral ayının 19-da Bakı şəhərində zəhmətkeş ailədə anadan olmuşdur.261 nömrəli məktəbi bitirdikdən sonra Mexaniklik peşəsinə yiyələnmişdir.Hələ kiçik yaşlarından İlham idmanın karate növü ilə məşğul olub,yarışlarda qələbələr qazanmışdır.

Atası Niyazi Məmmədov 40 il Bakı metrosunun tikilməsində işləmiş, ümummilli lider Heydər Əliyevin fərmanı ilə “Şöhrət ordeni”ilə təltif edilmişdir.

İlham Məmmədovun ailədə 2 bacısı İlhamə,Mehriban və Mehman adlı qardaşı da var.Anası Minaxanım həmişə İlhamın necə mehriban,qayğıkeş olmasından,namuslu,qeyrətli olmasından danışır.Qardaşı Mehman Məmmədov Moskvada”Şəkər xəstəliyində xolesterin çoxluğununun,ürəyin işemik xəstəliyinin zəncirvari əlaqəsinin yaranması və müalicəsi”ilə məşğul olan gənc alimdir.

Zəhmətkeş,ziyalı ailədə  böyüyən İlham Qarabağ döyüşlərində əsl qəhrəmanlıq,şücaət göstərmişdir.Ermənilərlə hətta təkbətək,əlbəyaxa döyüş uğurları həyata keçirən və zabit rütbəsinə yüksələn qəhrəmanımızın döyüş yolu Zəngilan,Ağdərə,Ağdam,Tərtər,Laçın və s. rayonlarından keçmişdir.1994-cü il sentyabrın 2-də Tərtərin Səhlabad kəndi yaxınlığında qəhrəmancasına şəhid olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi