Nailiyyətlərimiz

261 nömrəli məktəb-liseyin XIa sinif şagirdi Rufulla Vüqar Ceyhun oğluna qızıl medal verilmişdirOlimpiadanın Respublika turunda Tarix fənnindən 2018/2019-cu tədris ilində “Birincilərin birincisi” olmuş və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüşdür.Rufulla Vüqar ceyhun oğlunun buraxılış və qəbul imtahanlarında topladığı bal 677 olmuşdur.8 iyun 2019-cu il tarixdə məktəb-liseyin pedaqoji şurası Rufulla Vüqar Ceyhun oğluna qızıl medal verilməsi barədə qərar qəbul etmişdir.2 avqust 2019-cu il tarixində xüsusi nümunəli attestat və qızıl medal məktəb-liseyin direktoru tərəfindən Rufulla Vüqar Ceyhun oğluna təqdim edilmişdir.Məktəb rəhbərliyi və pedaqoji işçilər Rufulla Vüqar Ceyhun oğlunu təbrik edir və həyatda ona daha böyük uğurlar arzulayır.

“SketchUP proqramında ən yaxşı üçölçülü model-2019” Respublika müsabiqəsinin qalibi8 iyun 2019-cu il tarixində Bakı Modern Təhsil Kompleksində“SketchUP proqramında ən yaxşı üçölçülü model-2019” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.Tədbirdə  BMTK-nin baş direktoru M.B.Əliyeva, İKT üzrə direktor müavini Gülnarə Səlimova,Bakı Dövlət Universitetinin professoru,şərəf ordenli,informatika dərsliyinin müəllifi Ramin Mahmudzadə,əməkdar müəllim,informatika dərsliyinin müəllifi Naidə İsayeva, Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri,  informatika dərsliyinin müəllifi İsmayıl Sadıqov ,proqramçı  Cəmşid Naxçıvanski və digər hörmətli qonaqlar iştirak etmişdilər.Məktəb-liseyin  9b sinif şagirdi Rzayev Hüseyn bu müsabiqədə IV yerə layiq görülərək ,adını qaliblər siyahısına yazadırmış,diplom və hədiyyələrlə təltif olunmuşdur.Bu münasibətlə Hüseyn Rzayevi və onun informatika müəllimi Aygül Orucovanı təbrik edir,onlara yeni uğurlar diləyirik.

“ALPLogo-2019” Proqramlaşdırma Olimpiadasının Respublika turunun qalibləri8 iyun 2019-cu il tarixində Bakı Modern Təhsil Kompleksində “ALPLogo-2019”proqramlaşdırma olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.Tədbirdə  BMTK-nin baş direktoru M.B.Əliyeva, İKT üzrə direktor müavini Gülnarə Səlimova,Bakı Dövlət Universitetinin professoru,şərəf ordenli,informatika dərsliyinin müəllifi Ramin Mahmudzadə,əməkdar müəllim,informatika dərsliyinin müəllifi Naidə İsayeva, Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri,  informatika dərsliyinin müəllifi İsmayıl Sadıqov ,proqramçı  Cəmşid Naxçıvanski və digər hörmətli qonaqlar iştirak etmişdilər.Məktəb-liseyin  6a sinif şagirdi Məmmədov Arifhəmzə(II yer),5d sinif şagirdi Ömər Cabir(III yer) “ALPLogo-2019” proqramlaşdırma olimpiadasının Respublika turunun qalibləri  olmuş,diplom, medal və hədiyyələrlə təltif olunmuşlar.Bu münasibətlə şagirdlərimizi ,onların informatika müəllimləri  Günay Cəfərova , Aygül Orucovanı təbrik edir,onlara yeni uğurlar diləyirik.

HAQQIMIZDA

İ.Məmmədov adına 261 nömrəli məktəb-lisey 1 sentyabr 1979-cu ildən fəaliyyətə başlamışdır.2001-ci ildən 261 nömrəli məktəbə mə...

BİZİM FƏXRLƏRİMİZ

Mahmud Mahmudov Ceyhun

Nigar Eyvazzadə Adil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi