Nailiyyətlərimiz

“İlin Peşəkar Gənci”2017-ci il yanvar ayının 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən “İlin Peşəkar Gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “İlin peşəkar gənci” fəxri adı hər il əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif peşə sahələrində yüksək ustalıqla fərqlənən, ictimaiyyətin geniş rəğbətini qazanan şəxslərə verilir. Məktəbimizin informatika müəllimi Orucova Aygül İbiş qızı AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firidun Qurbanov tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif edilmişdir.

"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİNİN QALİBİAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsinin qalibləri 29 dekabr 2016-cı il tarixində elan edildi. 261 nömrəli məktəb-liseyin IX sinif şagirdi Ramazanzadə Hüseyn Vilayət oğlu informatika fənni üzrə müsabiqədə iştirak edərək , “Təhsildə istifadə üçün ən yaxşı elektron resurs” nominasiyası üzrə I yerə layiq görülmüşdür. Diplom və noutbukla mükafatlandırılmışdır. Bu uğuruna görə Ramazanzadə Hüseynin informatika müəllimi Orucova Aygül İbiş qızına təşəkkürümüzü bildiririk.

Əməkdar müəllimXətai rayonu 261№-li məktəb-liseyim Kimya müəllimi Eyvazova Zərinə Azərbaycan Respublikasının Prezidentinin 30 senytabr 2009-cu il 504 tarixli sərəncamına əsasən "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmişdir...

HAQQIMIZDA

İ.Məmmədov adına 261 nömrəli məktəb-lisey 1 sentyabr 1979-cu ildən fəaliyyətə başlamışdır.2001-ci ildən 261 nömrəli məktəbə mə...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Eyvazzadə Adil

Səltənət Əlizadə Elşad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi