"Ekoloji problemlər" adlı müzakirə tipli xüsusi dərs təşkil edib
"Ekologiya aylığı" çərçivəsində məktəb-liseyin biologiya müəllimi Hüseynova Gülnar 9d sinfində "Ekoloji problemlər" adlı müzakirə tipli xüsusi dərs təşkil edib. Belə ki, situasiya tipli tapşırıqların köməyi ilə mövcud ekoloji vəziyyət, Xəzər dənizinində və çaylardakı çirklənmə, işğaldan azad olunmuş torpaqlarımızdakı ekoloji terrorun nəticələri müzakirə edilib. Şagirdlər su, hava, torpaq çirklənmələrinin acı nəticələrindən çıxış yollarını tapmaq üçün araşdırmalar aparıblar, onları maraqlandıran suallara apardıqları müzakirələr zamanı cavab tapıblar.