“Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi”nin rəsmi açılış mərasimi keçirilib
Dekabrın 16-da “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi”nin rəsmi açılış mərasimi, 16-20 dekabr 2024-cü il tarixləri arasında ilk Təlimçilərin Təlimi (TOT) keçirilib. Məktəb-liseyin STEAM müəllimi Aygün Tağıyeva və ingilis dili müəllimi Zülfiyyə Bayramova təlimlərdə iştirak edərək sertifikata layiq görülüblər. Azərkosmosun KOSMİK Akademiyası tərəfindən təşkil edilən bu təşəbbüsə Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi, Azərbaycanın Təhsil İnstitutu , Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Braziliya Kosmik Agentliyi və IDEIA Space dəstək göstərir. Layihə məktəblilərin proqramlaşdırma, elektronika, peyk dizaynı və komanda işi sahələrində bilik və bacarıqlarını artırmağı hədəfləyir. 650 şagirdin qatılacağı müsabiqənin əsas məqsədi qalib komandanın quracağı peyki daşıyıcı raket vasitəsilə kosmik orbitə çıxarmaqdır.